Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində yeni addımlar atacaq."
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pakistanlı həmkarı Şahbaz Şərif ilə birgə mətbuat konfransı zamanı bildirib.
Ərdoğan Türkiyə ilə Pakistan arasında bütün sahələr üzrə anlayışın olduğunu, ölkəsinin Pakistanla ticarət, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.