Ərdoğan Türkiyə Pakistan Səudiyyə Ərəbistanı hərbi ittifaqının heç bir ölkəni hədəf almadığını bildirib

07.08.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Məkkə Ortaq Müdafiə Sazişi”nin heç bir ölkəni hədəf almadığını bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

“Bu saziş bölgəmizin sülhünü, rifahını və sabitliyini məqsəd qoyan qardaş ölkələrin qoşulmasına açıqdır.

Kollektiv çəkindirmə prinsipinə əsaslanan bu saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa, birgə müdafiə sənayesi layihələrinə və terrorizmlə mübarizəyə töhfə verəcək”, – deyə Ərdoğan qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью