Ərdoğan: Türkiyə Pakistana terrorla mübarizədə dəstəyini davam etdirəcək

13.02.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Pakistana terrorla mübarizədə dəstəyini davam etdirəcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı bildirib.

O, “PKK, YPG, İŞİD və FETÖ daxil olmaqla, hər cür terrorla mübarizədə Pakistanın güclü dəstəyinin olduğunu” da vurğulayıb.

Ərdoğan, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiyini qeyd edərək, səfər çərçivəsində 24 sənədin imzalandığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью