Ərdoğan: Türkiyə Şərqi Aralıq dənizindəki maraqlarını qoruyacaq

27.10.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara daxili sabitliyi gücləndirmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və Şərqi Aralıq dənizindəki maraqlarını qorumaq niyyətindədir.

Məlumatı “Anadolu” verib. 

Ankaradakı prezident kompleksində keçirilən Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan qeyd edib ki, artan qeyri-sabitliyə və yeni gərginlik ocaqlarının yaranmasına baxmayaraq, hökumət ölkənin sabitliyi və inkişafı kursuna sadiq qalmağa davam edir: “Dünyada baş verən hadisələr göstərir ki, ölkəmizdə sakitlik və sabitlik atmosferinin qorunması qarşıdakı dövrdə Türkiyə üçün daha da vacib olacaq”. 

Prezident əlavə edib ki, Türkiyə bölgədəki münaqişələrə və qan tökülməsinə son qoymaq üçün bütün mövcud vasitələrlə mübarizə aparır, ekspansionist ambisiyalar üçün gərginliyi artıranlara qarşı çıxır. Ərdoğanın sözlərinə görə, Ankara həmçinin Balkanlardan tutmuş türk dövlətlərinə qədər beynəlxalq forumlarda tərəfdaşlarının hüquq və mənafelərini müdafiə edir.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью