Ərdoğan: Türkiyə Səudiyyə Ərəbistanı və Pakistana hərbi yardım göstərə bilər

25.09.2026

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Səudiyyə Ərəbistanı və Pakistana hərbi yardım göstərə bilər.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin "Newsweek" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu ölkələrlə Ankara Məkkə sazişi bağlayıb və sənəd BMT Nizamnaməsinin özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsinə əsaslanır:

"Razılaşmaya əsasən, bu üç ölkədən hər hansı birinə silahlı hücum hamısına qarşı hücum kimi qiymətləndirilir. Belə dəstək kəşfiyyat, logistika yardımı və ya sursat təchizatı şəklində ola bilər".

Türkiyə lideri vurğulayıb ki, yardım məsləhətləşmələr və əlaqələndirmə yolu ilə həyata keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью