Ərdoğan: Türkiyə terror təhlükəsini mərhələli şəkildə aradan qaldıracaq

27.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Türkiyə Aralıq dənizindən İran sərhədinə qədər uzanan təhlükəsizlik kəməri ilə ölkənin cənub sərhədlərinin terror təşkilatlarının təhlükəsindən təmizlənməsi layihəsini mərhələ-mərhələ yekunlaşdıracaq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki toplantısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, gələn il içində bu istiqamətdə həm diplomatik, həm də hərbi sahədə yeni addımlar atılacaq.

Ərdoğan, həmçinin, rəsmi Ankaranın Qəzzada atəşkəs təşəbbüslərini dəstəklədiyini, İsraillə Livan arasında atəşkəs razılığından məmnun olduğunu da ifadə edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью