Ərdoğan: Türkiyə Ukrayna münaqişəsinin həlli istiqamətində nəticələr əldə edib

26.09.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukraynadakı münaqişənin həlli prosesində əvvəllər bir sıra nəticələr əldə etdiyini və sülh üçün səylərini davam etdirəcəyini bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu batədə Türkiyə Prezidenti ABŞ-dan qayıdarkən jurnalistlərlə söhbətində bildirib.

“Əldə etdiyimiz nəticələr göstərir ki, səylərimiz əbəs deyil.Qara dəniz taxıl dəhlizi, əsir mübadiləsi, İstanbul danışıqları bunlardan yalnız bir neçəsidir. Biz Türkiyə olaraq, qan tökülməsini dayandırana qədər mübarizəmizi davam etdirəcəyik”, - deyə Ərdoğan qeyd edib.

Prezident hesab edir ki, bu münaqişədə “təkcə Rusiya və Ukrayna uduzmur, həm də hamının itkilərinə səbəb olan proseslər gedir”.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью