Ərdoğan: Türkiyə və Körfəz dövlətləri birlikdə Qəzzanın bərpası ilə məşğul olacaqlar

24.10.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Türkiyə və Körfəz dövlətləri birlikdə Qəzza zolağının bərpası ilə məşğul olacaq".

Oxu.Az-ın NTV-yə istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regiona üçgünlük səfərindən qayıdarkən jurnalistlərə bildirib.

"Qəzzanın bərpası asan məsələ deyil. Digər ölkələrlə, ilk növbədə Fars körfəzindən olan ölkələrlə birlikdə ümid edirəm ki, bu addımı atacağıq", - deyə Ərdoğan qeyd edib.

"Burada ciddi işlər görülməlidir. Əvvəlcə tikinti texnikasından istifadə edilməklə işlər aparılacaq, daha sonra infrastrukturun bərpası üçün tədbirlər görüləcək. Türkiyə bütün imkanlarından istifadə edərək, bu məqsədə çatmaq üçün hər cür səy göstərəcək", - deyə Ərdoğan əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью