Ərdoğan Türkiyədə səfərdə olan Oman Sultanına hədiyyə təqdim edib FOTO

28.11.2024

Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Operativ Media" xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Hədiyyə xəttat Hüseyn Qutlu və onun 66 nəfərlik komandasının hazırladığı “İstanbul Müshafı”ı kitabı olub.

Prezident Ərdoğan və Bin Tariq əlyazma haqqında məlumat alıblar.

Qeyd edək ki, sözügedən kitabın ərsəyə gəlməsi üçün uzun zaman sərf olunub.

850 səhifəlik əlyazmada İslamın yaranması, tarixi hadisələr və “Qurani-Kərim”dən hissələr əks olunub. Kitabın vərəqlərinin hazırlanmasında 800 min yumurtanın ağından istifadə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью