Ərdoğan Türkiyədə zəlzələlərə hazırlıqla bağlı tapşırıq verdi

03.02.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizində zəlzələlərin tezliyinin artması fonunda İstanbulda və Türkiyənin digər vilayətlərində baş verə biləcək fövqəladə hallara ciddi hazırlaşmağa çağırıb.

"Unikal" xəbər verir ki, ərdoan bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

"Son bir neçə gündə Yunanıstan tərəfində baş verən yeraltı təkanlar bizə işimizin dəyərini bir daha xatırladır və zəlzələyə hazırlığın ölkəmiz üçün kritik məsələ olduğunu xatırladır. Yerli hökumətlər şəhər transformasiya layihələri vasitəsilə şəhərləri zəlzələlərə hazırlamalı, siyasi mənfəət güdməməlidir. Türkiyə şəhərlərini, xüsusilə İstanbulu zəlzələyə davamlı etməkdən başqa çıxış yolu yoxdur”, - Türkiyə lideri bildirib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью