Ərdoğan: Türkiyəni hər sahədə yeni zirvələrə qaldırdıq

23.01.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İş Adamları Konfederasiyasının (TÜGİK) 7-ci Fövqəladə Ümumi Məclisində çıxış edib.

Bakıvaxtı.az-ın TRT-yə istinadən məlumatına görə, o bildirib ki, son 25 ildə millətin dəstəyi ilə Türkiyəni hər sahədə yüksəldiblər və iqtisadi maneələri aradan qaldırıblar.

Ərdoğan TÜGİK-in gənc sahibkarlara dəstək verdiyini və məşğulluğu artırdığını vurğulayıb. Prezident müdafiə sənayesi və "Togg" milli elektrik avtomobilinin ixracında böyük uğurlar qazandıqlarını bildirib.

O əlavə edib ki, Türkiyə iqtisadiyyatı 2025-ci ilin üçüncü rübündə 3,7 faiz böyüyərək OECD ölkələri arasında üçüncü yerdədir və işsizlik tək rəqəmli səviyyədədir. 

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью