Icma.az, Azertag saytına istinadən bildirir.
Qahirə, 4 fevral, AZƏRTAC
Türkiyənin Misirdə investisiyalarının həcmi 4 milyard dollara çatır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birlikdə iştirak etdiyi Misir-Türkiyə Biznes Forumunda deyib.
Ərdoğan əlavə edib ki, Misirlə azad ticarət sazişinin yenilənməsi üzərində iş davam edir. Yeni sənəd kənd təsərrüfatı məhsullarını da əhatə edəcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə