Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkənin qüruru olan Türkiyə müdafiə sənayesinin görkəmli uğurlara imza ataraq əsl dastan yazdığını bildirib.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ərdoğan bunu İstanbulda keçirilən TEKNOFEST “Mavi Vətən” tədbirində çıxışı zamanı deyib.
Bu proqram Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Vakfı) tərəfindən Sənaye və Texnologiya Nazirliyi və Milli Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil olunur. “Anadolu” agentliyi proqramda qlobal media tərəfdaşı kimi fəaliyyət göstərir.
V. QULİYEV