Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İranda dinc əhalinin çəkdiyi əzablardan dərin kədərləndiyini bildirib.
Reyting.az-ın “Anadolu” agentliyinə istinadla verdiyi məlumata görə, Ərdoğan deyib ki, Türkiyə atəşkəsə nail olmaq və sülhün bərqərar olması üçün diplomatik səylərini gücləndirəcək.
Prezident Ərdoğan paytaxt Ankarada keçirilən tədbirdə “İran xalqının ağrısını paylaşırıq. Münaqişənin yükü mülki vətəndaşların və günahsız uşaqların üzərinə düşdüyü üçün bu əzabı görmək bizi çox kədərləndirir”,- deyib.
E.KAMAL