Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, qlobal siyasətdə dünya tədricən Ankaranın illərdir xəbərdarlıq etdiyi reallığa yaxınlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Ərdoğanın sözlərinə görə, bu gün Davosda keçirilən Dünya İqtisadi Forumunda fəal müzakirə olunan məsələlər və böhranlar Türkiyə tərəfindən uzun müddət əvvəl beynəlxalq platformalarda gündəmə gətirilmişdi.
O vurğulayıb ki, mövcud hadisələrin gedişi Ankaranın qlobal idarəetmə sisteminə yönəlik uzunmüddətli tənqidlərinin əsaslı olduğunu açıq şəkildə sübut edir.
Bizim.Media