Ayna saytına istinadən Icma.az xəbər verir.
Partiyada beynəlxalq gündəmin müzakirəsi BƏƏ-də Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında son danışıqlar fonunda keçiriləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna ilə bağlı danışıqlar, eləcə də Qəzza zolağı və Suriyadakı vəziyyəti hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Mərkəzi İcraiyyə Komitəsinin (MKYK) üzvləri arasında qapalı görüşdə müzakirə edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” partiya mənbəsinə istinadən məlumat yayıb.
Agentliyin mənbəsinin məlumatına görə, partiyada beynəlxalq gündəmin müzakirəsi BƏƏ-də Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında son danışıqlar fonunda keçiriləcək.
Ankara danışıqlar prosesinin mövcud dinamikasını və Yaxın Şərqdəki vəziyyəti Türkiyənin milli təhlükəsizlik maraqları və xarici siyasət prioritetləri baxımından qiymətləndirmək niyyətindədir.
Görüşdən sonra partiya nümayəndəsi Ömər Çelikin brifinqi gözlənilir.