Ərdoğan Ukraynaya təhlükəsizlik zəmanəti verib? Zelenski

20.02.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin ölkəsinə təhlükəsizlik zəmanəti verməyə hazır olub-olmadığı sualına cavab verib.

"Cebheinfo.az" "24tv"-yə istinadən xəbər verir ki, o, “Biz bunun üzərində işləyəcəyik və bunu müsbət hal kimi qiymətləndiririk",-deyib.

“Ukrayna və Türkiyə Avropanın ən güclü ordularına sahibdir. Bu, bu gün faktdır və ona görə də əlaqələrimizi qoruyub saxlamaq bizim üçün vacibdir”, - deyə Zelenski bildirib.

“Bu gün mənə inam 57% təşkil edir. Əgər kimsə məni indi əvəzləmək istəsə, alınmayacaq”, - deyə Ukrayna lider qeyd edib.

Trampın Zelenskinin 4% dəstəklənməsi haqqında bəyanatlara münasibət bildirən Ukrayna Prezidenti bunu dezinformasiya adlandırıb. Zelenski qeyd edib ki, belə məlumatlar Rusiyadan gəlir və müvafiq sübutlar var.

Xəzər

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью