Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Seuldakı Prezident Sarayında Cənubi Koreya Prezidenti Li Çje Myonq tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib. Prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı Li Çje Myonq və həyat yoldaşı qarşılayıblar.
Məlumatı “Anadolu” verib.
Dövlət başçıları təntənəli kürsüyə qalxdıqdan sonra hərbi orkestr Koreya Respublikasının və Türkiyənin dövlət himnlərini səsləndirib.
Seuldakı Prezident Sarayında keçirilən rəsmi qarşılanma mərasimindən sonra Li Ce Myonqun dəvəti ilə Koreya Respublikasına gələn Ərdoğan cənubi koreyalı həmkarı ilə təkbətək danışıqlara başlayıb.
Bağlı qapılar arxasında keçirilən görüşdən sonra iki liderin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparması gözlənilir.
P.ƏMİRCANOV
XQ