Ərdoğan və Meloni Suriyanı müzakirə etdi

10.12.2024

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın Baş naziri Corciya Meloni arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, tərəflər arasında regional və qlobal məsələlər, eyni zamanda Suriyadakı son hadisələr müzakirə edilib.

Telefon danışığı zamanı Ərdoğan Türkiyənin sülh, azadlıq, dialoq tərəfdarı olduğunu, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью