Ərdoğan və Paşinyan Budapeştdə GÖRÜŞDÜ

07.11.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısamüddətli görüş baş tutub.

Bu barədə "Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, görüş Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin beşinci sammiti çərçivəsində reallaşıb.

Xatırladaq ki, Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan arasında sonuncu görüş sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutmuşdu.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью