Ərdoğan və Putin arasında telefon danışığı olub

24.11.2024

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kreml məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığında ticarət sahəsində əməkdaşlığın effektivliyinin yüksəldilməsi müzakirə olunub: “Oktyabrın 23-də Kazanda aparılan müzakirələrin davamı olaraq ikitərəfli gündəlikdəki cari məsələlər əsaslı şəkildə müzakirə edilib, əsas diqqət ticari-iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılmasına yönəlib. Söhbət zamanı liderlər bir sıra beynəlxalq mövzulara da toxunublar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью