Ərdoğan və Putinin danışığı gözlənilir

24.11.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, tərəflər telefon söhbətində Rusiya-Ukrayna müharibəsinin cari vəziyyəti, müharibənin başa çatdırılması istiqamətində atılan addımları qiymətləndirəcəklər. Eyni zamanda, taxıl dəhlizinin bərpası barədə müzakirə aparacaqlar.
Xatırladaq ki, keçən həftə Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Ankaraya səfərə gedərək türkiyəli həmkarı ilə görüşüb. Ötən aylarda isə Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərində bir neçə mərhələdə danışıqları baş tutmuşdu.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью