Ərdoğan və Quterreş zeytun ağacı əkiblər FOTO

11.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş Antalya EXPO ərazisində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) Liderlər Zirvəsində iştirak ediblər.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan və Quterreş  COP31 Liderlər Zirvəsi çərçivəsində zeytun tingləri əkiblər.

Proqramda Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, eləcə də kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı iştirak ediblər.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью