Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Danışıq zamanı Suriyanın təhlükəsizliyi, DEAŞ-la mübarizə, Suriya həbsxanalarındakı DEAŞ üzvlərinin vəziyyəti və Qəzza ilə bağlı sülh təşəbbüsləri məsələləri müzakirə olunub.Partiyasının qrup toplantısında çıxış edən Prezident Ərdoğan bildirib ki, Tramp ilə səmərəli və məhsuldar telefon danışığı aparılıb.
Onun sözlərinə görə, görüşdə DEAŞ-la birgə mübarizə, eləcə də Suriyanın təhlükəsizliyinə töhfə verəcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.ABŞ Prezidenti Donald Tramp isə andiçmə mərasiminin ildönümü münasibətilə Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin çoxsaylı suallarına cavab verərkən, Prezident Ərdoğanla çox vacib bir görüş keçirəcəyini deyərək mətbuat konfransını yarımçıq tərk edib.
Tramp, “Prezident Ərdoğanla çox önəmli bir danışığım var. Onu çox sevirəm”, – deyə bildirib.Prezident Administrasiyasının İctimaiyyətlə Əlaq
Açıqlamada bildirilir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərlə yanaşı regional və qlobal proseslər də müzakirə edilib.
Ərdoğan görüşdə Türkiyənin Suriyadakı prosesləri yaxından izlədiyini, ölkənin ərazi bütövlüyü və birliyinin Ankara üçün əsas prinsip olduğunu bildirib.
Danışıq zamanı DEAŞ-la mübarizə və Suriya həbsxanalarında saxlanılan terrorçuların vəziyyəti də gündəmə gətirilib."AzPolitika.info" Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.