Ərdoğan Xəlifə Həftərlə görüşüb

25.11.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun baş komandanı, marşal Xəlifə Həftəri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Anadolu”nun xəbərinə görə, görüş bu gün Ankarada Prezident Sarayında keçirilib.

Görüş mətbuat üçün qapalı olub.

Qeyd edək ki, Türkiyədə rəsmi səfərdə olan Xəlifə Həftər Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla da görüşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью