Ərdoğan Xocalı qurbanlarını belə yad etdi

26.02.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti öz sosial media hesabında paylaşım edib.

"Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm", - paylaşımda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью