Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan on minlərlə məhbusun azadlığa buraxlımasını nəzərdə tutan 11-ci Məhkəmə İslahatı Paketinə qarşı ictimai etirazlardan sonra xüsusi iclas çağırıb.
"Yeni Sabah" CNN Türk-ə istinadla xəbər verir ki, Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təqdim etdiyi qanunlar paketi çərçivəsində həyata keçiriləcək əfv, konstitusiya quruluşuna qarşı cinayətlər, casusluq və terror fəaliyyətinə görə məhkumlara tətbiq edilməyəcək.
İctimai aktivistlər əfvə düşəcək 90 min məhkum arasında qadın və uşaq cinayəti törədənlərin də olmasından narahatdırlar. Lakin ictimai etirazlardan sonra Prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğan uşaqlara qarşı istismar və qadınlara qarşı zorakılıq cinayətlərinin bu paketdən kənarlaşdırılması barədə göstəriş verib.