Ərdoğan yanvarın 22 ni Türkiyədə kurortda baş verən yanğında həlak olanlar üçün matəm günü elan edib Doğru Xəbərlər

22.01.2025

Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-ni Türkiyənin Bolu vilayətindəki Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında həlak olanların xatirəsinə matəm günü elan edib.

“Yanvarın 22-də ümummilli matəm elan edilir. Ölkənin bayrağı gün batana qədər endiriləcək”, – Anka Haber agentliyi onun xalqa müraciətindən sitat gətirir.

Bundan əvvəl Türkiyədə dağ-xizək kurortunda 12 mərtəbəli oteldə baş vermiş yanğın nəticəsində 66 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilirdi.

İlkin məlumata görə, ölənlər Türkiyə vətəndaşlarıdır.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью