Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

15.08.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər etməyi planlaşdırdığını bildirib.

Bu barədə Ərdoğan “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

“Mən yaxın vaxtlarda Suriyaya səfər edəcəyəm”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan planlaşdırılan səfərin məqsədlərini açıqlamayıb.

O, Ankaranın qonşu ölkəyə hərtərəfli dəstək göstərmək niyyətində olduğunu vurğulayıb.

“Suriyanı tək qoymayacağıq, onun sabitliyinin qorunması üçün əlimizdən gələn hər şeyi edəcəyik”, - deyə Ərdoğan qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью