Ərdoğan yenə Putinlə Ukraynada nizamlanmsını müzakirə edə bilər

20.03.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apara bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə hökumətyönlü “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazıb.

Nəşr yazır ki, ABŞ prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həlli və sülh danışıqlarının aparılması imkanlarının müzakirə olunduğu telefon danışıqlarından sonra Ərdoğan Putinlə telefonla danış istəyində ola bilər.

Ərdoğan martın 16-da Trampla danışıb. Türkiyə liderinin administrasiyasının xəbər verdiyi kimi, o, Vaşinqtonun Ukraynadakı vəziyyəti həll etmək səylərini dəstəklədiyini bildirib.

"Hürriyet"in qeyd edir ki, Ankarada Türkiyə və ABŞ prezidentləri arasında aparılan danışıqların nəticələrindən razıdırlar. Yerli media daha əvvəl Ərdoğanın aprel ayında ABŞ-a səfərinin mümkünlüyü barədə məlumat verib, lakin nəşrin məlumatına görə, bu məlumat hələlik təsdiqini tapmayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью