Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə xalq tədbirində mahnı ifa edib.
Bizim.Media xəbər verir ki, Mersin vilayətində keçirilən Ədalət və İnkişaf Partiyasının 8-ci regional qurultayında iştirak edən Ərdoğan "Duyanlara, duymayanlara" mahnısını səsləndirib.
İfa alqışlarla qarşılanıb.
Qeyd edək ki, yanvarın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfada keçirilən AK Partiya 8-ci Rayon Konqresində səhnəyə türk sənət musiqisinin əfsanəsi İbrahim Tatlısəslə çıxaraq, “Urfalıyam əzəldən” türk xalq mahnısını ifa etmişdi.
Bizim.Media