Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

22.05.2025

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ərdoğan: "Yenidən prezident seçilmək və ya namizəd olmaq kimi bir qayğım yoxdur"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını açıqlayıb.

AYNA.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə danışıb.

"Yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Mənim yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi bir qayğım yoxdur", - Türkiyə lideri vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki, ölkədə artıq çevrilişçilərin deyil, mülki şəxslərin hazırladığı bir konstitusiyaya ehtiyac var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью