Ərdoğan yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib

22.05.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində yenidən namizəd olub-olmayacağını şərh edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, Macarıstan səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində danışıb.

"Biz yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Yenidən seçilməkdə və ya yenidən namizəd olmaqda maraqlı deyiləm", - o deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью