Ərdoğan Zelenskiyə Rusiya ilə danışıqlarla bağlı təklif edib

10.03.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı danışıqların keçirilməsi üçün ölkəsini məkan kimi təklif edib.

BAKU.WS xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalındaməlumat yayıb.

Ərdoğan növbəti danışıqlar mərhələsinin üçtərəfli formatda Türkiyədə keçirilməsinə hazır olduqlarını qeyd edib.

"Cənab prezident bildirdi ki, Türkiyə növbəti danışıqlar raundunu üçtərəfli formatda qəbul etməyə hazırdır. Bu təşəbbüsü yüksək qiymətləndiririk və ümid edirik ki, nəticə verə bilər", – deyə Zelenski yazıb.

Ukrayna lideri həmçinin Ankaranın gələcəkdə Ukraynanın enerji sektoruna dəstək verməyə hazır olduğuna görə Ərdoğana təşəkkür edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью