Ərdoğan Zəngəzur dəhlizindən danışdı İrandan gözləntilərini açıqladı | Icma.az
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir. Biz artıq Cənubi Qafqazda sülh və əmin-amanlıq görmək istəyirik.APA xəbər verir ki
Biz şadıq ki, Azərbaycan və Ermənistan arasında sülh artıq üfüqdədir və bundan məmnunuq.
Bu prosesi yaxından izləyirik, lazımi töhfəni veririk. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün də dəyərli olacaq.
Biz də Ermənistanla diqqətli bir normallaşma prosesini yaşayırıq.
Həm sülhdən, həm də normallaşmadan ölkələrimizin fayda qazanacağını da görəcəyik.
Odur ki, bununla bağlı zərrə qədər narahatlıq yoxdur.O ki qaldı Zəngəzur mövzusuna...
Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir.
Bu dəhlizin qısa müddətdə açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək.Biz qonşumuz İranın bölgəmizdə sülhə və inkişafa xidmət edəcək bu addımları dəstəkləyəcəyini gözləyirik.
Tam oxu
Xəbəri oxu