Ərdoğana bu mahnı ilə təşəkkür etdi, gündəm oldu Video

12.02.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Malayziyanın Baş naziri Ənvər İbrahimin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı paylaşımı gündəm olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Baş Nazir Ərdoğana təşəkkür etdiyi fotonu İrem Dericinin məşhur “Kalbimin tek sahibine” mahnısı ilə instaqram hesabında bölüşüb.

Onun bu paylaşımı maraqla qarşılanıb. Derici də posta “Gözəl mahnıdır” şərhini yazıb.

Qeyd edək ki, Ərdoğan Asiya turu çərçivəsində Malayziyada səfərdə olub.

Sözügedən görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью