Ərdoğana orden verildi

05.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Qırğızıstan Prezidenti Sadır Japarov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı respublikanın ali dövlət mükafatı - birinci dərəcəli "Manas" ordeni ilə təltif edib.

Bu barədə Qırğızıstan Prezidentinin saytında məlumat verilib.

Qeyd edək ki, birinci dərəcəli "Manas" ordeni Qırğızıstanın ən yüksək mükafatıdır. Bu mükafat ölkənin və demokratik cəmiyyətin, xalqın birliyinin qorunması və möhkəmləndirilməsi, dövlətin iqtisadi, intellektual və mənəvi potensialının artırılması sahəsində müstəsna xidmətlərə görə verilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью