Ərdoğana qarşı təhqir: Özəldən kəskin etiraz!

25.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ötən gün İstanbulda Əkrəm İmamoğlunun həbsinə qarşı keçirilən qanunsuz aksiyalar zamanı polislərlə etirazçılar arasında toqquşma baş verib. Aksiya zamanı bir qrup nümayişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsinə qarşı təhqiramiz ifadələr səsləndiriblər.

Axar.az xəbər verir ki, bu ifadələrə görə CHP sədri Özgür Özəl X hesabında kəskin etirazını bildirib.

“Anaya söyüş söymək heç vaxt qəbuledilməzdir. Mən bu söyüşü öz anama yönəlmiş təhqir hesab edirəm. Biz siyasətimizi və etirazlarımızı təhqirsiz, aydın dillə bildiririk. Bir siyasətçinin ailəsi haqqında pis danışan bizdən deyil. Etirazı təhqirlə qarışdırmaq yolverilməzdir”, - partiya sədri qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью