Ərdoğandan 10 noyabrda simvolik yer seçimi 9 ildən sonra ilk dəfə

09.11.2024

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 noyabra özəl olaraq 9 ildən sonra ilk dəfə Nazirlər Kabinetini Çankaya Köşkündə toplayacaq.

Globalinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həmin gün ölkə vəfatının 86-cı ildönümündə Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkü anacaq.

Rəsmi mərasimlərin ilk ünvanı Anıtkabir olacaq. Mərasimdən sonra Ərdoğan Atatürk Tarix Qurumunda anım tədbirinə qatılacaq. Həmçinin noyabrın 10-da Çankaya Köşkündə yeni Atatürk Muzeyi açılacaq. Muzey Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün xatirələrini yaşadacaq xüsusi qəbulla ictimaiyyətə təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью