Ərdoğandan açıqlama: İndoneziya ilə KAAN təyyarələri üzrə razılaşma əldə olundu

11.06.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beşinci nəsil KAAN döyüş təyyarələrinin İndoneziyaya tədarükü üzrə müqavilənin bağlandığını açıqlayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, Türkiyə lideri bu barədə sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan hərbi təyyarələrin ixracı ilə bağlı müqavilə 2025-ci ildə Cakartada keçirilən "INDO Defence" sərgisi çərçivəsində imzalanıb.

"Dost və qardaş İndoneziya ilə əldə olunan razılaşmaya əsasən, Türkiyə 48 ədəd KAAN təyyarəsini bu ölkəyə ixrac edəcək. Bu təyyarələrin istehsalında İndoneziyanın mövcud imkanlarından da istifadə olunacaq", - deyə Ərdoğan qeyd edib və müdafiə müqaviləsinin imzalanmasına verdiyi töhfəyə görə İndoneziya Prezidenti Prabovo Subiantoya təşəkkürünü bildirib.

Prezident Ərdoğan, həmçinin müqaviləni ölkənin müdafiə sənayesi sahəsində ən böyük ixrac nailiyyəti kimi qiymətləndirib və Müdafiə Sənayesi İdarəsi ilə TUSAŞ şirkətini təbrik edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью