Ərdoğandan Azərbaycan Ermənistan sülh danışıqlarına reaksiya

13.07.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon danışığı aparıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Türkiyə lideri telefon danışığı zamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən Azərbaycan-Ermənistan sülh danışıqlarını Türkiyənin diqqətlə izlədiyini və Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcəklərini qeyd edib.  /APA

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью