Ərdoğandan “Azərbaycan Məhəlləsi” ilə bağlı paylaşım Video

19.06.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Kahramanmaraşda açılışı olacaq “Azərbaycan Məhəlləsi” ilə bağlı “X” hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün zəlzələ bölgəsində can Azərbaycanın dəstəyi ilə vətəndaşlarımıza “Azərbaycan Məhəlləsində” 49 056 iş yeri və yaşayış yeri təhvil veririk. Beləliklə, təhvil verdiyimiz yaşayış yerlərinin ümumi sayını 250 minə çatdırırıq”.

Qeyd edək ki, açılış mərasimində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev iştirak edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью