Ərdoğandan Bayraqdara: Kürəkənimə dedim ki...

03.10.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Texnofest 2026” festivalının Şanlıurfa şəhərində keçirilməsi məsələsi ilə bağlı danışıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ərdoğan çıxışı zamanı “Baykar”ın texniki direktoru Səlcuq Bayraqdarı göstərərək bildirib:

“Kürəkənimə dedim ki, Şanlıurfaya da bu yaraşar. İstədik ki, gənclərimiz köklərini unutmasın, əcdadlarının əsərlərindən güc və ilham alsınlar. Və Türkiyənin gələcəyini bu şüurla inşa etsinlər. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən “Texnofest”də iştirak edən gənclərin Türkiyənin bu dərinliyini görmələrini və daha yaxından tanımalarını istədik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью