Ərdoğandan BMT ilə bağlı mühüm çağırış

22.09.2026

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının fəaliyyətində geniş islahatların aparılmasını təklif edib.

Doğru.az xəbər verir ki, Ərdoğan Bloomberg üçün yazdığı məqalədə veto hüququnun ləğv edilməsinin islahatların əsas istiqaməti olmalı olduğunu bildirib.

Türkiyə liderinin fikrincə, pandemiyalar, enerji böhranları, təchizat zəncirindəki problemlər və regional münaqişələr mövcud qlobal qərarvermə mexanizmlərinin dəyişdirilməsinə ehtiyac olduğunu göstərib.

Ərdoğan Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılmasının problemi həll etməyəcəyini qeyd edib. Onun təklifinə əsasən, Şuranın daimi üzvləri olmamalı, ölkələr BMT Baş Assambleyası tərəfindən müəyyən müddətə seçilməlidir.

Türkiyə Prezidenti həmçinin BMT Baş Assambleyasının rolunun gücləndirilməsini və Təhlükəsizlik Şurasının daha çox hesabatlı olmasını təklif edib.

Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü — ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya — veto hüququna malikdir.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью