Ərdoğandan çağırış: “Məkkə Sazişi ətrafında birləşin”

12.08.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Bizim məqsədimiz, mümkün olduqca, regiondakı bütün ölkələri Məkkə Sazişi çərçivəsində vahid mexanizm ətrafında birləşdirməkdir.


Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, saziş heç bir ölkəyə qarşı yönəlməyib:

“Onun yeganə məqsədi regionda sülh və sabitliyi, eləcə də xalqlarımızın rifahını təşviq etməkdir. Biz regionumuzda sabitliyi təşviq etmək kimi tarixi məsuliyyəti öz üzərimizə götürmüşük”.

“Sazişin əsas məqsədi çəkindirməni gücləndirməkdir. O, bütün qardaş xalqlar üçün açıqdır", - deyə Ərdoğan söyləyib.

Rüfət Sultan,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью