Ərdoğandan Can Azərbaycan mesajı: İlham Əliyev də iştirak edəcək

19.06.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün əsrin fəlakətindən sonra zəlzələdən zərər çəkən Kahramanmaraşda keçiriləcək mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcək.

Ölkə.az xəbər verir ki, “Güclü Gələcək üçün Birlikdə” şüarı altında keçiriləcək mərasimdə Azərbaycanın Kahramanmaraş şəhərinin Azərbaycan məhəlləsində tikdiyi mənzillərin açarları sahiblərinə təqdim ediləcək. 

Prezident Ərdoğan bu gün keçiriləcək mərasimlə bağlı sosial şəbəkədə paylaşım edib.
"Bu gün zəlzələ bölgəmizdə Can Azerbaycanın dəstəyi ilə inşa edilən Azərbaycan məhəlləmizdəki evlər də da daxil olmaqla 49 min 56 iş yeri və yaşayış mənzili sahiblərinə veriləcək. Beləliklə, təhvil verdiyimiz evlərin ümumi sayını 250 minə çatdırırıq", - prezident Ərdoğan qeyd edib.

Mürtəza
Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью