Ərdoğandan diqqətçəkən İran açıqlaması

03.03.2026

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda artan gərginliklə bağlı xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb. Türkiyə prezidenti bildirib ki, əgər münaqişəyə beynəlxalq səviyyədə müdaxilə olunmazsa, vəziyyət regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələr doğura bilər.

Ərdoğan qeyd edib ki, Yaxın Şərqdə gərginliyin artması təkcə region ölkələri üçün deyil, həm də beynəlxalq sistem üçün təhlükə yaradır. Onun sözlərinə görə, diplomatik səylərin gücləndirilməsi və tərəflər arasında dialoqun təşviq olunması vacibdir.

Türkiyə lideri vurğulayıb ki, Türkiyə münaqişələrin genişlənməsinin qarşısının alınmasında aktiv rol oynamağa hazırdır və beynəlxalq ictimaiyyəti təmkinli mövqe tutmağa çağırıb.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью