Ərdoğandan güclü müdafiə MESAJI FOTO

16.06.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışdan bir hissəni sosial şəbəkədə paylaşıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, paylaşımında Prezident vurğulayıb ki, ölkə yaxın zamanda heç kimin qarşı çıxa bilməyəcəyi bir müdafiə gücünə sahib olacaq.

Ərdoğan bildirib:

"Orta və uzaqmənzilli raket ehtiyatlarımızı son hadisələr fonunda çəkindirici səviyyəyə çatdırmaq üçün istehsal planlamaları aparırıq. İnşallah, çox da uzun olmayan bir müddətdə heç kimin bizə qarşı efelənməyə cəsarət edə bilməyəcəyi bir müdafiə qabiliyyətinə çatacağıq."

Oksana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью