Ərdoğandan İsrailə XƏBƏRDARLIQ: “Yolu yol deyil”

11.12.2024

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident Rəcəb Tayyib Ərdoğan, 15-ci Böyükelçilər Konfransında çıxış edərək, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi və İsrailin bu ölkəyə qarşı hücumları barədə bəyanatlar verib.

Adalet.az xəbər verir ki, Ərdoğan, İsrailin Colan təpələrini keçərək Dəməşq yaxınlığında hücumlar həyata keçirməsinə sərt reaksiya verib:
"İsrail hökumətinin israrla və inatla getdiyi yol, açıq deyim ki, yol deyil."

"Əsəd rejimi böyük bir dağıntı buraxaraq Suriyanı tərk edib. Zalımlar məğlub olub, zəlil duruma düşüb, məzlumlar bir daha qalib gəlib. Artıq bu ölkədə ən çətin dövr geridə qalıb."

"Türkiyə ilk gündən haqqı, ədaləti və hər kəsi əhatə edən sistemin qurulmasını müdafiə edib. Suriyadakı qırğınlar başlayanda qardaşlarımıza həm qapımızı, həm də ürəyimizi açdıq."/Milli.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью