Ərdoğandan Maduro ilə bağlı iddiaya Cavab

07.01.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Venesuela lideri Nikolas Maduroya vəzifəsindən imtina edib Türkiyəyə getməyi təklif etməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo” “İHA”ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən toplantıdan sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb. 

“Belə bir şey yoxdur. Bizə belə bir xəbər daxil olmayıb”, - o deyib.

Xatırladaq ki, daha əvvəl “The New York Times” nəşri Venesuela ətrafında cərəyan edən böhranı həll etmək üçün ABŞ hakimiyyətinin Nikolas Maduroya vəzifəsini tərk edərək Türkiyəyə getməyi təklif etdiyi barədə xəbər yaymışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью